Sürücülərin nəzərinə! Bu gündən cərimələr yazılacaq

Xəbərin çap versiyası
Tarix: 1-08-2017, 11:51    
Sürücülərin nəzərinə! Bu gündən cərimələr yazılacaq Fiziki şəxslər 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslərə isə 300 manat
Bu gündən avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq.
OTV Avtosfer.az-a istinadən məluamt veri ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib: “İyulun 31-də xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatıb. Artıq bu gündən avtomobil sahibləri texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət daşıyırlar. Fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq”.

Qeyd edək ki, minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxışı isə 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz