Qışda yol təhlükəsizliyini necə təmin edə bilərik?


Bildiyimiz kimi,  qış fəslində yolların qarla örtülməsi, bu səbədən avtomobil qəzalarının baş verməsi hər il qarşılaşdığımız bir hadisədir. Bəs təhlükəsizliyin təmin edilməsində müəyyən üsullar tətbiq edilə bilərmi?

OTV bu məqamda köməyimizə çatacaq üsullarla sizi tanış edir.

1.Kəskin hava şəraitində çölə çıxmayın. Heç güman etmədiyimiz kiçik bir buz parçası həyatınızı kəskin şəkildə dəyişə bilər. Kəskin hava şəraitində çölə çıxarkən özünüzə “ həqiqətən də getdiyim səfər mənim üçün vacibmidir? ” sualını verin.

2. Yağışlı hava şəraitində yüksək sürətdə avtomobil sürmək həyatınız üçün olduqca təhlükəlidir. İntensiv yağış zamanı qarşımızdakı yolu aydın görmək çətinləşir, odur ki, yavaş sürətlə avtomobili idarə edin. Beləliklə, təhlükəsizliyinizi təmin etmiş olacaqsınız.

3.Yol təhlükəzliyi haqqında belə bir deyim var:“Əyləclər sükanın, təkərlər isə maşınınzın dayanmasında əsas rol oynayır”. Hər il qüsurlu təkərlər səbəbindən 14 ölüm hadisəsi qeydə alınır, odur ki, təkərlərinizdə heç bir problemin olmamasından əmin olun. Müntəzəm olaraq təkərinizdə hər hansı bir çıxıntı və ya kəsiyin olub- olmamasını yoxlayın.

4.Dumanlı havalarda əsəbi və təcübəsiz sürücülər üçün vəziyyət daha da çətinləşir. Duman artdıqca siz  qeyri-ixtiyarı olaraq sürəti artıracaqsınız. Həll yolu isə düman əleyhinə işıqlandırıcı vasitələrdən istifadə etməkdir.

5. Qışda qəfildən peyda olan günəş işığı isə sürücülərin qarşılaşdığı digər bir problemdir. Günəş işığı görmə qabiliyyətinizi zəiflədə və qarşıdakı yolu görməmənizlə nəticələnə bilər. Avtomobil pəncərələrinin aydın olması isə digər vacib məqamlardan biridir, odur ki,  müntəzəm olaraq pəncərələrin təmizliyinə riayət edin. Həll yolu isə avtomobilinizin ehtiyat hissəsində günəş eynəklərinin saxlanmasıdır.

6. Əgər yol buzludursa, əyləci basmayın. Ayaqlarınızı akselarotordan götürün və maşınınız yenidən hərəkət funksiyasına qayıdacaqdır.

Avtomobil  istifadəsi üçün tələb edilən göstərişlərə əməl edilməsi qış aylarında yol qəzalararının qarşısını almaqda yardımçı ola bilər. Həyat təhlükəziliyimiz öz əlimizdədirsə, niyə də riayət etməyək!?

Mənbə: Life Motor News

Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 496 | Kateqoriya: Avto Tarix: 01.12.2017, 17:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM